İranlı qadın pəhləvan yeni rekord qırdı
Paralel.az xəbər verir ki, təbrizli qadın idmançı Giti Musəvi ölkə və dünya üzrə köhnə rekordunu yeniləyərək 17 tonluq TIR-ı çəkib və bununla da dünya üzrə yeni rekorda imza atıb.
“Təbriz Güclülər Klubu”nun başçısı Səid Əsgərnejad mediaya verdiyi açıqlamada düz səthdə həyata keçirilən bu tonajda ağırlıqçəkmənin dünya qadınları arasında ilk olduğunu deyib.
O, Giti Musəvinin 12 və 13 tonluq yükləri düz səthdə çəkdiyini, son rekordunu vurmaq üçün isə aylardır məşq etdiyini qeyd edib.
Təltif etmə mərasimində çıxış edən idmançı son rekordunu da yeniləməyi planlaşdırdığını deyib.
“Yeni rekorda imza atdığıma görə çox sevinirəm. Bunda məqsədim güc nümayiş etdirmək deyil.
Sadəcə cinsindən asılı olmayaraq bir insanın istək və iradəsi olduğu təqdirdə ən çətin işlərin öhdəsindən gələ biləcəyini göstərmək istəmişəm”-deyə, Giti Musəvi bildirib.
A. Nəsirli