Türk fotoqraf İranda həbs edildi
Paralel.az xəbər verir ki, Türkiyə vətəndaşı olan fotoqraf 4 gün əvvəl İranda həbs edilib.
Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bəri İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz "İnstagram" hesabında paylaşıb.
Onun İsfahandan Şiraza gedərkən həbs edildiyi bildirilir.
Hazırda onun hara aparılması haqda məlumat yoxdur.
A. Nəsirli