Qriqoryan İrəvanın “3+3” formatı çərçivəsində danışıqlara hazır olduğunu deyib
Paralel.az xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bununla bağlı açıqlama verib: “Ermənistan tərəfi “3+3” regional platforması çərçivəsində danışıqlar üçün Ankara və Bakıya nümayəndələrini göndərməyə hazırdır.
Biz getməyə və regional problemlərlə bağlı müzakirələr təşkil etməyə hazırıq.
Həmçinin altıtərəfli formatda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsinin müzakirəsi də istisna deyil.
Təbii ki, biz daha çox ikitərəfli formatda Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəyik. Lakin bu barədə 3+3 formatında danışmaq üçün əsas varsa, o zaman Türkiyə ilə təmaslar üçün bu səbəbdən istifadə edəcəyik”.
Nigar