"Bir dənə də olsun ciddi insidentə yol verilməyib”

 

Paralel.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağda nümunəvi xidmətindən danışıb.

O deyib ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti Qarabağda sülhün qorunub saxlanmasının qarantıdır.

“Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Hazırda bir dənə də olsun ciddi insidentə yol verilməyib”, deyə nazir bildirib.
Akif Nəsirli

0.089861154556274