İran zindanındakı azadlıq mücahidi
Abbas Lisaninin tək suçu azərbaycanlı olmasıdır
Bütöv Azərbaycan ocaqları (BAO), Abbas Lisaninin hüquqların müdafiə komitəsinin sədri: Abbas Lisanini yalnız Türklər azad edə bilər!!!
Hər Türk Abbas Lisaniyə dönməyi və onun azadlığı uğrunda mübarizəyə qalxmağı bacarmalıdır. Bu, həm də onun tam azad olması və dünya irticasına öz yerini göstərməsi deməkdir.
Müəllif
Bayraməli Abbaszadə köləlik dövrümüzdə biz Oğuz türklərinin üzləşdiyi faciələri, haqsızlıqları başqa bir şeirinin bir misrasında poeziyanın əsrarəngiz diliylə çox gözəl ifadə etmişdir:
Dağda bitən lalə kimi, parça-paradır ürəyim,
Nədənsə Abbas Lisanini Oğuz Türklərinin necə azad etməsi barəsində Quzey Azərbaycanındakı şairlərimiz və siyasətçilərimiz hələ susurlar. Belə düşünürəm ki, Abbas Lisanini qələmə almaq istəyən haqq şairi susmamalıdır susa bilməz. O biri şairlərsə indi sussalar yaxşıdır. Bari əl-ayağa dolaşmasınlar. Onsuz da bir azdan onlar o qədər dilotu yeyəcəklər ki, o qədər bilibitdan təki ötəcəklər ki, onları susdurmaq mümkün olmayacaq. Bilirik ki, Azərbaycan ərazisinin dördə üç hissəsindən çoxu Güney Azərbaycanında olduğundan ola bilər ki, haqq vergili şairlər, ustad Şəhriyar başda olmaqla Güney Azərbaycanında daha çox olsun. Haqq aşıqları olduğu kimi. Amma bunun Vətən dərdlərinin tərcümanı olan şairlər, aşıqlar üçün heç bir fərqi yoxdur. Şeirlərindən nümunə gətirdiyim şairlər Güneydən də ola bilər, Quzeydən də.
Həmçinin yenilməz siyasi mübarizimiz Güneydən də ola bilərdi, Quzeydən də. Tale elə gətirib ki, tariximizin indiki dövründə yenilməz siyasi mübarizimiz Güney Azərbaycanından olan Abbas Lisani oldu. İndi onu yalnız Oğuz Türkləri deyil, bütün dünya türkləri azadlığa çıxarmaq barədə düşünməli və onun azadlığı uğrunda mübarizəyə qatmalıdırlar.
Bəs mübarizəyə necə qalxmalı? Güney Azərbaycanının və Quzey Azərbaycanının Oğuz türklərinin Abbas Lisanini azadlığa çıxarması üçün onların hər ikisində demokratik şərait olmalıdır. Bunun üçün Güney Azərbaycanda da , Quzey Azərbaycanda da Ədliyyə Nazirliyi tərəfindən Abbas Lisaninin müdafiə komitəsinin yaradılmasına icazə verilməlidir. Belə bir istəsə istiqlalsevərlər ya xəyallarında, yaxud da yuxularında çata bilər. Aydındır ki, diktatorlar haqq aşiqlərinə arxa durmağı heç vaxt bacarmayıblar, elə indi də bacarmazlar. Çünki onlar yalnız hakimiyyəti itirməklərindən qorxurlar. Bayaq görkəmli Azərbaycan şairi Abbas Bayraməlidən nümunə gətirdiyimiz “Parisdən Tehrana” şeirində “Şah sən ol, ya mən olum varmı maraq” misrasındakı məna Şərq müsəlman dünyasının hökmdarlarını daim qorxudub və narahat edib. İndi də diktatorlar lap çox qorxurlar. Çünki bəşər övladları internet əsrində yaxşı başa düşürlər ki, onların nicat yolu diktatura deyil, demokratiya yoludur. Son vaxtlar Türk dövlət başçıları həm İbrahim peyğəmbərin, həmdə İsmayıl peyğəmbərin ən yüksək sivilizasiya dövründən xəbər verdilər, həm də yaratmaq istədikləri Turan dünyasından. Bu da Türk dövlət başçılarının öncüllərindən olan Rəcəb Tayyub Ərdoğanın və Nursultan Nazarbayevin aşağıdakı fikirlərində özünü daha açıq-aydın göstərir. Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan sonuncu dəfə seçiciləri ilə görüşündəki hesabatında: “Mən bu prezident seçkilərində iştirak etmək üçün xərcləyəcəyim pulları öz yaxın dostumdan borc almışam”. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevsə müxbirin onunla müsahibəsində: – “Milyonlarla manata, dollara, avroya sahib olan varlılara necə baxırsınız?” sualına Nursultan Nazarbayev belə cavab verdi: “Halallıqla heç kim milyonlara sahib dura bilməz”. Əlbəttə, demokratik yolla seçilən prezidentlərin maddi imkanları onu özünə prezident seçən xalqın hər birinin varidatından və yaşayış səviyyəsindən yüksək ola bilməz. Kaş ki, digər türkdilli dövlətlərin prezidentlərinin də gözləri, könülləri belə tox olsa.
Mən 2008-ci ildən bəri bir neçə dəfə Abbas Lisaniylə görüşmək məqsədiylə ulu babalarımın ruhlarının dolandığı Ərdəbil şəhərinə getmək istəmişəm. Amma təəssüflər olsun ki, ağır xəstə olduğuma görə və imkansızlıq ucbatından bu istəyimə hələ də çata bilməmişəm. Ulu Tanrıya çox-çox şükürlər edirəm ki, bu barədə yazmaq istəyimisə mənə çox görməyib. Mənim aləmimdə yer kürəsi bir kainatdırsa, Bütöv Azərbaycan ərazisi də bu kainatın mərkəzində yerləşən parlaq Günəşdir. Yaxud da Türklər bir kainatdırsa, Abbas Lisani də bu kainatın mərkəzindəki ən parlaq Günəşdir. İndi Türklər qaranlıq zülmətdən qurtulmaq üçün bu parlaq Günəşin dövrəsinə yığılaraq orada sımsıx birləşməlidirlər. Bu Tanrının hökmüdür. Tanrının hökmünə də hər bir Türk övladı əməl etməlidir. Hərgah əməl etmirsə, deməli, o Türk deyil, heç ali düşüncə sahibi olan insan da deyil, olsa-olsa o ən parlaq Günəşdən gizlənən yarasadır. Belə yarasalar təəssüf ki, hələ də var. Amma şükürlər olsun ki, onlar çox azdırlar. Azadlıq Günəşimiz olan Abbas Lisaninin dövrəsində türklərin möhkəm birləşməsi üçün onların yadlarına bir neçə bağışlanmaz tarixi səhvlərimizi salım ki, onlar bundan ibrət alsınlar və tariximizin ən yeni mərhələsində, yəni qızıl dövründə belə səhvlərə yol verməsinlər. Həmin səhvlərdən bir neçəsini diqqətinizə çatdırım.
- I. X əsrdə Qıpçaq türklərindən sayılan Svyataslav (bu haqda “İqor Polku haqqında dasatnda” Oljas Süleymenovun “Aziya” a-dan z-dək» əsərində ətraflı bəhs edilib) xaqan olmaq fikrinə düşdü. Ona görə də o, rus çapouçularını (oğrularını, quldurlarını) başına yığıb, onları xaqanın ordusuna qarşı müharibəyə təhrik etdi.
Bu döyüşdə xaqanın ordusu onu məğlub etdi. Xaqanın əsgərləri Svyataslavın başını kəsib, kəlləsindən şərab içmək üçün kuzə düzəltdilər.
- II. Qarabağ xanı İbrahim xan Ağa Məhəmməd şah Qacarın qurmaq istədiyi dövlətin xanı olmağı qəbul etmədiyindən əvvəlcə rus çarının himayəsinə sığındı. Qacar Qarabağa hücum edərkən o, Dərbənddəki rus generalının yanına qaçdı. Qacar xəyanətlə öldürüldükdən sonra hakimiyyətə İbrahim xanın istədiyi adam deyil, Qacarın qardaşı oğlu Fətəli şah Qacar keçdiyindən o, onun etimadını qazanmaq məqsədiylə qızını (Ağabəyim xanımı) ona baş hərəm, oğlunusa ona zamin göndərdi. İbrahim xanın yenidən Qacar şahına tərəf dönməsi rus çarının xoşuna gəlmədi, bunu özünə qarşı xəyanət hesab etdi və onu aradan götürdü. Doğrudan da, xainlər həmişə öz xəyanətlərinin qurbanı olurlar. Əslində, İbrahim xanın başı XVIII əsrin 90-cı illərində ermənilərdən 5-10 kq qızıl alıb, onlara 50-60 hektar torpaq satanda, ermənilərin bacılarını gətirib öz hərəmxanasında baş hərəm seçdirəndə əzilməli idi.
III. Rus köləliyi dövründə Güney və Quzey Azərbaycanında yetişən ziyalıların öz məslək və əqidələrinin tez-tez dəyişmələri də, olduqca acınacaqlı və könülbulandıran faktlardan biridir. Buna aid iki misal gətirim: bunlardan birincisi, məşhur Mirzə Kazım bəydir ki, Şeyxül İslam oğlu olduğu halda, öz dinini dəyişərək xristianlığı qəbul edib. İkincisi, məşhur Mirzə Fətəli Axundzadədir ki, ona-buna xoş gəlməkdən ötrü özünün gah türk, gah fars, gah ərəb millətindən olduğunu sübut etmək üçün əldən-ayaqdan gedib. Allah Hegelə rəhmət eləsin. Doğrudan da köləlik şərəfsizlik imiş? Fərqi yoxdur, istər kölə qələm sahibi olsun, istəsə fərman.
- IV. Məşhur Nəriman Nərimanov ulu babası birinci Sultan Məhəmməd olduğu halda o, hakimiyyətə gəlmək üçün öz şərəfli türk nəsil-nəcabətinə yaraşmayan yabançı bir siyasətə boyun əyib ( belə bir səhvi bolşevik sosialist ideologiyasına aldanan istedadlı türk şairi Nazim Hikmətdə edib). Oktyabr inqilabından sonra Nərimanov əvvəlcə Xalq Komissarlar Sovetinin sədri vəzifəzinə seçilib, sonrasa Moskvada SSRİ Ali Sovetinin dörd rəhbər şəxslərindən biri olub. O, bu vəzifələrdə olduğu müddətdə Moskvadan Bakıya gələrkən Azərbaycandakı rəhbərlərə göstəriş verdi ki, Azərbaycan Cümhuhriyyətinin hakimiyyəti dövründəki rəhbər işçilərin gördüyü işlər yokxlanılsın. Onlar tutduğu əməllərə görə cəzalandırılmalıdır. Bəli, tezliklə yoxlama aparıldı, amma yoxlama aparanlar Azərbaycan Cümhuriyyətinin rəhbər işçilərin əməllərində heç bir cinayət tərkibi tapmadılar. Nəriman Nərimanovun Azərbaycan üçün gördüyü işlərsə bunlardır. O, Dağlıq Qarabağın, Naxçıvanın, Göyçənin, Zəngəzurun Ermənistana verilməsinə rəsmən imza atıb. Ermənilərin özlərinə Ermənistan respublikasını qurmasına tərəf çıxıb. Yaxşı ki, Türkiyə respublikası Qars müqaviləsinə əsasən Naxçıvanın Ermənistana verilməsinə qarşı durub və Naxçıvanı Muxtar Respublika şəklində Azərbaycanın tərkib hissəsində saxlaya bilib.
Abbas Lisaninin müdafiəsinə qalxan türk övladları XIX əsrin 30-40-cı illərində, eyni zamanda XX əsrin 30-40-cı illərində Quzey Azərbaycanında böyük rus qardaşlarımızın biz Oğuz Türklərini necə amansızlıqla qırdıqlarını, həmçinin XX əsrin 45-46-cı illərində Güney Azərbaycanda Rza şah Pəhləvi Miriyrənc oğlunun
Pişəvəri hökumətinin qurucularını necə qanına qəltan etdiklərini də unutmamalıdırlar.
FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ