Prezidentlər Sankt-Peterburqda görüşə bilər

Prezidentlər Sankt-Peterburqda görüşə bilər
 

Paralel.az- ın məlumatına görə, erməni qəzeti "Past" yazır ki, bu ilin sonuna kimi İlham Əliyevlə Nikol Paşinan arasında geniş tərkibli daha bir görüş keçiriləcək. Görüş Rusiyada keçiriləcək və nəticə etibarilə son və məhsuldar olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin liderlərinin görüşünə hazırlıq gedir.

Ola bilər ki, həmin görüş zamanı İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında ayrıca üçtərəfli görüş də keçiriləcək.
Akif Nəsirli

0.056711912155151