Ərdəbildə zəlzələ oldu
Paralel.az xəbər verir ki, dekabrın 22-i yerli vaxtla səhər saat 07:39 dəqiqədə Ərdəbildə zəlzələ baş verib.
Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ əyalətin Biləsuvar şəhərində qeydə alınıb.
Ərdəbil əyalətinin Fövqəladə Hallar Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanlar yerin 24 kilometr dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
A. Nəsirli