Kadırov Türkiyədə Dudayev parkının açılmasından qəzəblənib
Paralel.az xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Xarici İşlər Nazirliyindən çeçen separatçılarının lideri, özünü elan etmiş Çeçenistan Respublikasının prezidentinin adını daşıyan parkın açılışından sonra Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verməyi xahiş edib. Bu barədə TASS xəbər verir.
Kadırov həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Rusiya Federasiyası ilə şəffaf və dürüst münasibətlərin” tərəfdarı olub-olmadığına qərar verməyə çağırıb.
Bir neçə KİV-in məlumatına görə, dekabrın ortalarında Türkiyənin şimal-qərbindəki Körfez şəhərində "çeçen separatçılarının" lideri, özünü elan etmiş Çeçenistan İçkeriya Respublikasının (CRI) prezidenti Coxar Dudayevin adını daşıyan parkın açılışı olub. .
“Çeçenistan Respublikası parlamentinin, hüquq-mühafizə orqanlarının və din xadimlərinin nümayəndələri mənə müraciət edərək, Türkiyə hakimiyyətinin Rusiyada cinayət törətmiş terrorçuları ört-basdır edən: hərəkətlərinə cavab verməyi xahiş etdirlər.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə də müraciət edirəm: Türkiyə hakimiyyətinin indiki hərəkətləri əsrlər boyu inkişaf edən Rusiya-Türkiyə münasibətləri üçün birbaşa təhlükədir. Buna diqqət yetirilməli və bu cür təzahürlərə qarşı qabaqlayıcı diplomatik tədbirlər görülməlidir”, - Kadırov yazıb.
A. Nəsirli