Erməni ekspert: “Ermənistan Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirərək  münasibətlərin normallaşması prosesinə daxil olur”

Erməni ekspert: “Ermənistan Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirərək  münasibətlərin normallaşması prosesinə daxil olur”
 

Paralel.az xəbər verir ki, ekspert Suren Sarkisyan Facebook səhifəsində yazıb: “Ermənistan ilk dəfə olaraq Türkiyənin bütün əsas ilkin şərtlərini yerinə yetirərək Türkiyə ilə münasibətlərin normallaşması prosesinə daxil olur.
1992-ci ildə Türkiyə Ermənistana Müstəqillik Bəyannaməsindən aşağıdakı bəndi çıxarmaq üçün ilkin şərt irəli sürüb: “ Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır”.
İlkin şərt Ermənistanın gerbindən Ağrı dağının təsvirinin çıxarılması olub. Çünki bu, Türkiyə üçün ərazi tələbi hesab olunur.
Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulmasına dair sənədlər imzalayacaq, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını təsbit edəcək”.
Nigar

0.029678106307983