Qlükometrin təhlükəsi araşdırılmalıdır

Qlükometrin təhlükəsi araşdırılmalıdır
 

Xırdalan şəhəri, H. Əliyev prospekti 167, AAAF yaşayış massivi, 23-cü küçə, 5-ci bina, 12-ci mənzildə yaşayan  Pələngov Nabatəli Qulam oğlu AİB-ə müraciət edib: “Mən 7 ildən çoxdur ki, şəkər xəstəsiyəm. Əvvəl Sabunçu qəsəbəsində yaşadığım üçün oradan MediSmart Sapphire (Medical AG 5070) markalı qlükometr almışdım. Xırdalanda isə mənə Right TD-4267 markalı qlükometr veriblər. 

MediSmartın  “test poloska”sını poliklinikadan ala bilmirəm, aptekdə isə bahadır. Məcbur olub Right TD-4267 markalı qlükometrlə ölçürəm.
Bu qlükometr çox təhlükəlidir: ya həddindən artıq çox, ya da həddindən artıq az göstərir. Ölçüb görürəm ki, şəkərim çoxdur (əslində elə deyil) və insulin vururam. Bir neçə dəfə az qalıb ki, komaya düşüm.
Sizdən xahiş edirəm, kütləvi təhlükəni nəzərə alıb  hər iki qlükometrin kalibrasiyasını aparıb həqiqəti üzə çıxarmağa yardımçı olasınız. Belə keyfiyyətsiz tibbi avadanlıq gətirən şəxslərin isə cəzalandırılmasını aidiyyəti orqanlar qarşısında qaldırasınız”.
Nigar
0.029088020324707