Peyvənd pasportunun yoxlanması asanlaşdı

Peyvənd pasportunun yoxlanması asanlaşdı
 

Paralel.az xəbər verir ki, paytaxt ərazisindəki “Mol”larda vaksin pasportunun yoxlanılması asanlaşdırılıb.

28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall ticarət mərkəzlərinin girişinə xüsusi aparatlar quraşdırılıb.

Vətəndaşlar şəxsiyyət vəsiqələrini və peyvənd pasportun QR kodunu aparata yaxınlaşdıraraq mərkəzə daxil ola biləcəklər.

1 oktyabr tarixində qüvvəyə minən qanuna əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet pasportu və ya əks-göstəriş sertifikatı olmadan girişi mümkün deyil.

Akif Nəsirli

0.013038873672485