ABŞ-da "omicron"dan ilk ölüm qeydə alınıb

ABŞ-da
 

Paralel.az xəbər verir ki, dekabrın 1-də ABŞ-da omikron ştammı ilə ilk yoluxma halı aşkar edilib. Üç həftə sonra, ABC News-a görə, ölkədə "omikron"dan ilk ölüm qeydə alınıb.

ABŞ-da koronavirusun "omikron" ştammı ilə yoluxma nəticəsində ilk ölüm qeydə alınıb. Bu barədə ABC News xəbər verir.

Telekanalın məlumatına görə, ölən Texas ştatının Harris qraflığından olan 50 yaşlarında kişi olub.

Yerli səhiyyə rəsmiləri bildiriblər ki, qurban peyvənd olunmamış və səhhətində ciddi problemlər olan kişidir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, "omikron" ştammı ölkədə dominant ştama çevrilib. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73%-dən çoxunda "omikron" ştampı aşkar edilmişdir. Üstəlik, ABŞ-ın bəzi bölgələrində, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omiron" ştammına yoluxanların nisbəti 90%-i ötür.

Noyabrın sonlarında britaniyalı elm adamlarının bildirdiyinə görə, omikron ştammına ilk yoluxma halları Cənubi Afrika və Botsvanada aşkar edilib. Ştamm sonradan Almaniya, Belçika, Hollandiya və Böyük Britaniya da daxil olmaqla digər ölkələrdə aşkar edilmişdir. ABŞ-da omicron ştammına ilk yoluxma halı dekabrın 1-də aşkar edilib.

Amerika Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da yoluxanların sayı artıq 51 milyona çatıb, onlardan 807,5 min nəfər ölüb. Son dörd həftə ərzində 3 milyondan çox insan koronavirusa yoluxub, 34,3 mindən çox insan dünyasını dəyişib.

ABŞ koronavirusdan ölüm və xəstələnməyə görə dünyada birinci yerdə olmağa davam edir.

Akif Nəsirli

0.021581888198853