11 milli azlığın dilində tədris təşkil edilib
Paralel.az xəbər verir ki, təhsil naziri Emin Əmirullayev məktəblərdə milli azlıqların dilində tədris aparıldığını deyib. O, bildirib ki, Azərbaycanda bir çox milli azlıqların dillərində tədris aparılır.: "Təhsil Nazirliyi 11 milli azlığın dilində məktəblərdə tədris təşkil edib. Oxşar model Azərbaycan Respublikasının erməni milli azlığına da tətbiq edilə bilər. Amma hazırda bu, müzakirə predmeti deyil. Xankəndi şəhəri özü inzibati rayon deyil, Xocalı rayonunun tərkibindədir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında isə Qarabağ Regional Təhsil İdarəsi yaradılıb. Buna görə də narahatlığa heç bir səbəb görmürəm. Xankəndi şəhəri Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Bunu heç kim unuda bilməz”.
Akif Nəsirli