Təhsil naziri məktəblərdə pul yığılmasına haqq qazandırdı
Paralel.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılmasına münasibət bildirib.
Nazir bildirib ki, hələ mən məktəbdə oxuyanda belə hallar olurdu: "Bu, bizim cəmiyyətin xroniki problemidir. Azərbaycanda icbari təhsil pulsuzdur. Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur".
Nazir onu da vurğulayıb ki, məktəbdə pul Valideyn Müəllim Assosiasiyalarınin təşəbbüsü ilə yığılır və könüllü xarakter daşıyır.
Akif Nəsirli.