Bakıda ödənişsiz "Yeni il" gecəsi keçiriləcək

Bakıda ödənişsiz
 

Paralel.az xəbər verir ki, Bakıda gənclər üçün ödənişsiz “Bye-Bye 2021” “Yeni il” gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “The Orange Grove” restoranında təşkil olunacaq.

160 nəfərdən ibarət 4 gün davam edəcək şənliklər günlərə, iştirakçılara və rənglərə bölünüb:

20 dekabr- Yellow Day (Enactus fəalları üçün)
21 dekabr- Blue Day (Xarici tələbələr, tələbə mübadiləsində iştirak etmiş və xaricdə təhsil alan yerli tələbələr üçün)
24 dekabr- Green Day (Aktiv yerli tələbələr üçün)
30 dekabr- Red Day (TGT komandasının fəal üzvləri üçün)

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyatdan keçərkən qeyd olunan tarixlər və mövzulara uyğun olaraq sizə uyğun günü seçməyiniz gözlənilir. Müraciəti qənaətbəxş olan, ictimai fəallığı ilə fərqlənən tələbələrlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi hər keçiriləcək tarixdən 1 gün öncədir.
A. Nəsirli

0.012660026550293