Türksat 5B telekommunikasiya peyki kosmosa qaldırıldı

 

Türksat 5B telekommunikasiya peyki kosmosa qaldırıldı 
 

 

 

Prezident Ərdoğan erməni lobbisinin müqavimətinə tab gətirdiyi üçün İlon Maska təşəkkür edib.

Paralel.az xəbər verir ki, Türkiyə Türksat 5B-ni  İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin Falcon9 raketi vasitəsilə qaldırıb.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikirlərinə görə, cari ilin əvvəli Türkiyə Falcon 9 -un köməyilə Türksat 5A peykini də geostasionar orbitə qaldırmışdı.

“Baş verənlər böyük hadisədir. 

Türksat 5B Türkiyənin orbitdəki 5-ci peykidir. Türkiyə Prezidenti Ərdoğan İlon Maska əməkdaşlıq və erməni lobbisinin, Türkiyə əleyhinə olanların  təpkilərinə tab gətirdiyi üçün təşəkkür edib.

Ekspert qeyd edib ki, ötən il, erməni lobbisi Türkiyə ilə əməkdaşlıq etdiyi üçün  İlon Maska qarşı aksiyalar təşkil etmişdi.

Onlar Mask-dan Türkiyənin Türksat -5A peykinin orbitə çıxarılması ilə bağlı sifarişini ləğv etməyi tələb edirlər.

“Bu səbəbdən o zaman  Türksat 5A-nin orbitə çıxarılması da ləngimişdi.

Türksat 5A və Türksat 5B-nın kosmosa məhz SpaceX ilə qaldırılması məsələsi 3 il bundan öncə Maskın Türkiyədə Prezident Ərdoğanla görüşündə qərara alınmışdı.

Görüşdə Türkiyənin Türksat-5A və 5B telekommunikasiya peyklərinin SpaceX vasitəsilə orbitə qaldırılması haqqında müqavilə imzalanmışdı. 

Türklər Mask-la əlavə olaraq elektrik avtomobili, alternativ enerji və Tesla ilə əməkdaşlıq haqqında da razılaşmalar imzalayıblar. 

Bir neçə gün öncə də Prezident Ərdoğanla Maskın 

videoformatda görüşləri baş tutub.

5-ci nəsil peyk olan Türksat5A və 5B-nın 30 il “ömrü” olacağı bildirilir”.

Şahnaz Salehqızı

EParalel.az

0.0094079971313477