“Vosmoy” uşaqları

“Vosmoy” uşaqları
 

 

 

(“Qısa hekayələr” silsiləsindən)

 

“Vosmoy”, 1980-ci illər... 

Cavan oğlan telefon köşkünə girir, dostuna zəng edir...

-Salam Vaqif, necəsən, nə var nə yox?!

-Sağ ol, salamatçılıq... Arif, sənsən, necəsən?

-Sağ ol, yaxşıyam. Sənə bir dənə işim düşüb...

-Buyur, ikisin buyur...

-Mənə “sroçnı” 20 manat pul lazımdır, “Neftçilər”ə gələ bilərsən?!

-Sən nə danışırsan?! Evdə “remont” gedir, “köpüy”ə güllə atırıq... Əlim-ayağım da “kraska”...

-Bəs, deyirdin evdə usta işləyir...

-Usta işləyir, mən də əl verirəm... “Koroçe”...

-"K stati", mən “xala”gilə gedirəm, “podruqa”sı da var... 

- Ay xətəkar... 20 manatı neynirsən?!

-2 dənə “3 ulduz” konyak, 1 dənə “Assorti” şokolad... Səhərəcən ordayıq...

-Sən “Neftçilərdə”sən?!

-“Neftçilərdə”yəm... İndi Tofiqə zəng edirəm...

-Tofiq qəllət eləyir, mən indi “çerez” Universam, gəlirəm...

-Ay oğraş, bəs pulun yox idi, bəs “remont”, bəs “kraska”?!

-Gic-gic danışma, nə “remont”, nə “krska”?! 5-10 dəqiqəyə ordayam...

 

Qalib Arif

Paralel.az

0.016451120376587