Məktəb direktoru: "Barəmdə yazılanlar böhtandır"! - Təkzib

Məktəb direktoru:
 

Son zamanlar ölkənin bəzi internet mediasında Beyləqan şəhər 6 saylı məktəbin direktoru Abbasquliyev Hüseyn Adışirin oğlu barədə cinayət xarakterli yazılar dərc olunub.

Bununla bağlı olaraq H. A. Abasquliyev redaksiyamıza zəng edib, haqqında internet mediada yayılan yazı barədə bunları dedi:

"Saytlarda haqqımda yazılan cinayət xarakterli material tam yalandır və həqiqəti əks etdirmir. Yazıda həyat yoldaşım Nuruşova Rəna Əkbər qızının evdar qadın olduğu, hətta məktəbi idarə etdiyi, mənim əvəzimə rayon təhsil şöbəsinə tez-tez getdiyi barədə ağ yalan yazılıb!

Həyat yoldaşım Beyləqan şəhər Fərman Hacıyev adına səhər 2 saylı tam orta məktəbində ibtidai sinif müəllimidir. Barəmdə "Rubrika" və "Faktxəbər" saytları yazır ki, guya mən məktəbin təmiri ücün müəllimlərdən və şagirdlərdən pul yığıram, prezident haqqında yazılmış kitabları satıram, sagirdlərin repititor yanına getməsi üçün valideynlərdən ve müəllimlərdən pul alıram və sairə.

Bildirirəm ki, yazıda əks olunmuş faktlar kökündən yanlışdır, şər-böhtandır. Başdan ayağa ağ yalandır! Böhtandan ibarət olan və saytlarda gedən yazıda qeyd olunub ki, guya məktəbdə çalışan pedaqoji ve texniki iscilər işdə olmurlar, bir neçə texniki işçinin əmək haqqı kartı məndə, yəni direktordadır.

Bildirirəm ki, müəllim ve texniki işçilər yazıda barəmdə qeyd olunan mənfi halların yalan olduğunu tərtib etdikləri izahatları ilə təsdiq ediblər.


Görünür, direktor vızifəsində çalışdığım Beyləqan şəhər 6 saylı orta məktəbində cəmi 64 nəfər şagird təhsil aldığını, məktəbin pedaqoji və texniki işçidən ibarət kollektivin kiçik olduğunu və kollektivin fəaliyyəti tam şəffaf olduğunu yazı yazanlar bilmirlər.

Hörmətli redaksiya, mövqeyimizi ictimailəşdirmək üçün bu yazını saytınızda dərc etmənizi xahiş edirəm.

Hörmətlə, Hüseyn Abasquliyev."

Züleyxa 

0.02081298828125