Ermənistan 200 milyon dolları hara xərcləyəcək?

 

Ermənistan 200 milyon dolları hara xərcləyəcək? 
 

 

Paralel.az xəbər verir ki, Ermənistan Azərbaycana gedən dəmir yolunun bərpası üçün təxminən 200 milyon dollar xərcləyəcək.

Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Ermənistan dəmir yolunun Arazdəyən-Culfa-Ordubad-MehriHoradiz hissəsinin 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır. Mütəxəssislərin ilkin hesablamalarına görə, dəmir yolu relslərinin Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon dollar təşkil edəcək. Ermənistan ərazisindən keçən həmin hissənin uzunluğu ümumilikdə 45 km-ə yaxın olacaq, dəmir yolunun ümumi uzunluğu isə təqribən 340 km-dir”, – deyə M.Qriqoryan bildirib.

Şahnaz Salehqızı. Paralel.az

0.016906976699829