Titullan və vur !  

Titullan və vur !  
 

 Dilçi alim Günel Bayramova yazır:

Bu ara elmi seminarıma hazırlaşdığımdan özümə söz vermişdim ki, özünü gizlədib arxada, orda-burda “ad absurdum” ittihamlar yağdıranlara, məhəl qoymayacaq və öz yolumda qətiyyətlə addımlayacağam, çünki ilə 160 məqalə “yazıb”, 12 aya elmlər doktoru “yapılanlar”dan fərqli olaraq nə akademik havadarlarım, nə də trol dəstələrim var.
Arxalandığım dövlətin qanunları, bir də İlahi mühafizəkarımdır! Ancaq orta əsrlərdən miras qalan “divide et impera” prinsipinin müasir Azərbaycan elmindəki deqradasiya olunmuş subkateqoriyası “titullan və vur” kimi məkrli niyyətim də yoxdur!  
Odur ki, nə qədər çalışsam da, münasibətsiz qala bilmədim.
Konspirasiya dənizində üzən bəzi akademik şəbəkə üzvləri öz müqəddəsliyinə o qədər inanır ki, elementar vətəndaş mövqeyinə tab gətirə bilmir.
Akademik qapının dürüst əməyi qaralamaq məqsədi ilə bəslənilən qulları isə nəyi və kimi qaraladıqlarını belə dərk etmirlər. Müasir Azərbaycan elmi mühiti o qədər dar və qapalıdır ki, kimin “hansı elmin yiyəsi” olduğunu bilmək üçün heç dərin araşdırma aparmağa da ehtiyac yoxdur.

Üstəlik, danılmaz faktlar: külli miqdarda vəsait xərclənilən saxta “tərcümə şedevrləri”, plagiat abidələri, biri-birindən bərbad məqalə topluları ortada durduqca, nəhəng alim “mif”i ilə nəinki məni, heç V və ya VI sinif şagirdini belə aldatmaq mümkün deyil!

Dövlət hesabına ən ekzotik konfrans və simpoziumlarda dincəldiyiniz kimi, şəxsi tanışlıqlar hesabına “məruzə” etdiyiniz tezis və məqalələlərin mif olduğunu ortaya çıxarmaq da 2*2 qədər asandır!

Bəli, mən öz doktorluq dissertasiyamı açıq seminar və müdafiədə müzakirə etməyə hazıram, deyin görüm, siz akademik havadarsız hansı elmi diskussiyaya hazırsınız? Zənnimcə, heç hansı.
Sonda isə qeyd etmək istəyirəm ki, “yaman” yox, həsrətindən, hikkəsindən “yanan” dillərə dərs olsun və gələcəkdə lazım gələrsə, müvafiq instansiyalara təqdim edəcəyim çoxsaylı faktlarımdan bir nümunə olsun deyə 2017-ci ildə üzərində işlədiyimiz qədim italyan mənbələrinin araşdırılması ilə bağlı İtaliyaya yazdığım məktublardan birini aşağıdakı şəkildə (screen shot-da) təqdim edirəm.
Və əlavə olaraq word mətni kimi də qoyuram ki, mənasını anlamaq istəyənlər və italyan dilini bilməyənlər quql-tərcümə vasitəsilə asanlıqla anlaya bilsinlər.

P.s. Bir də var el dili, yəni xalqın dili. Xalq dili isə deyir ki, bu gün ölkədə yaratdığınız elmsiz elmi mühitdə təkcə akademik qapılarda “Xumarlanıb Heyvərələnmək”lə dağdan bağa, yoxdan vara, nalayiqlikdən şana yüksəlmək mümkündür.

06.07.2017-ci il tarixində İtaliyaya göndərdiyim məktublardan birinin mətni:

Spettabile Centro di ricerche dell'Universita' per Stranieri di Perugia,
Scrivo questa lettera per comunicare su un accordo di cooperazione scientifica tra Cnr e Anas (Azerbaigian) nel cui ambito ho presentato un progetto sulla linguistica comparata e vorrei trovare un partner che sara’ interessato a collaborare.
Per maggiori informazioni potete consultare il link che troverete qui sotto:

https://www.cnr.it/it/news/6861/il-cnr-firma-un-nuovo-accordo-di-cooperazione-scientifica-con-l-azerbaijan


Il mio progetto e' orientato sulla lingua turca-azerbaigiana basata sul alfabeto arabo e sui testi antichi scritti in italiano.

Per motivi di confidenzialita mi tengo il diritto di dichiarazione del progetto finche si trovi il collaboratore.
Nella speranza di avere una revoca positiva da parte vostra,
Distinti saluti!
Paralel.az

 

0.021502017974854