Qəddarlığa nə zaman son qoyulacaq?

Qəddarlığa nə zaman son qoyulacaq?
 




Ərəstun Oruclu yazır:
Ağlasığmaz olduğu qədər də üz-üzə qaldığımız həqiqətdir ki, iki minədək hərbçiyə vəhşicəsinə işgəncələr verilib, azı 14 nəfər qətlə yetirilib, amma ölkənin hüquq-mühafizə orqanları adlanan qurumlardan tutmuş prezidentinə qədər hamı deyilənləri açıq-aşkar qulaqardına vurur.
Azərbaycan tarixində ilk dəfədir ki, yüzlərlə insan efirlərə çıxaraq başına gətirilmiş qeyri-insani dəhşətləri danışır, bunları törədənlərin adlarını çəkir, öldürülənlərin ailə üzvləri dövlət başçısından kömək, imdad diləyir, o, isə futbol hakimlərindən danışır.
Dünyanın ikinci bir ölkəsində belə miqyasda bir cinayətə hüquq müdafiəçilərinin susmasını, bəzilərinin isə hətta bəraət qazandırmasını axtarıb tapmaq mümkün deyil, ölkənin ictimai-siyasi kəsimində cinayətkarları dəstəkləyənləri təsəvvür etmək belə çətindir.
Tarixin ən iyrənc rejimləri də öz ölkəsinin ordusuna, xalqına qarşı bu cür cinayətlər törədənləri formal da olsa cəzalandırdığı halda Azərbaycan belə cinayətkarların istisnasız olaraq hər birinin mükafatlandırıldığı yeganə ölkədir.
Bütün bu, cinayət ətrafında baş verənlər dünyanın ən təhlükəli, ən antiinsani, ən qəddar rejiminin bizim ölkədə mövcud olduğunu deməyə əsas verir.
Bunu isə hər kəs nəzərə almağa məcburdur, daha doğrusu, məhkumdur.
Paralel.az

0.015860080718994