Gözləntilər özünü doğrultmadı
Çingiz Şahbazi
Brüssel görüşü ətrafında çox müzakirələr aparılır.Əslində bu normaldır.Ona görə normaldır ki, insanlar olub bitənlərə biganə qalmaq istəmir və Azərbaycanın gələcəyi haqda narahat olduqlarını görürük.
Brüsseldə xüsusi nəsə baş vermədi.Amma Azərbaycan prezidenti və Ermənistan baş nazirinin açıq mövqeyi, səsləndirdikləri bəyanatlar, xüsusilə hər iki ölkədə maraq və mübahisə predmetinə çevrildi.Sözsüz ki,bu görüşü hərə anladığı,bildiyi və gördüyü kimi izah edir.Məncə bu izahların hər birinin öz yeri və öz həqiqətləri var.Bütün bunlar vacib yanaşmalardır və hər biri ciddiyə alınmalıdır.
Brüsseldə baş tutan üçtərəfli görüşün görüntüləri və uzun zaman keçirilməyən ikitərəfli görüşün təşkili,hər iki tərəfin mövqeyinə sayğılı yanaşma, xüsusilə Azərbaycan prezidentinin mövqeyinə haqlı və qalib tərəf kimi,dəstəyə yaxın sayğı və hörmətin göstərilməsi bizə Rusiyada keçirilən görüşlərdən fərqli olaraq daha obyektivlik nümayiş etdirildi kimi təsir bağışladı.
Bu görüş həm də, Avropa İttifaqının bu məsələdə kənarda qalmayacağını göstərdi.Çunki, Zəngəzur dəhlizinin reallaşması, həm də Avropa ittifaqının marağındadır.Odur ki, İlham Əliyevin Laçın dəhlizi ilə bağlı bəyanatı, Brüssel görüşünün möhürü kimi də qəbul edilə bilər.
Ermənistan baş naziri Paşinyan bu görüşdən məyus ayrıldı.Çünki qarşısına konkret olaraq, Azərbaycan prezidenti tərəfindən seçim qoyulub.Bu seçim, Paşinyana öz ölkəsində bunu qəbul etdirmək üçün çətin göründüyünü üzündən bilmək mümkün idi.Amma, bizim üçün də hələ hər şey tam olaraq aydın şəkildə müəyyən deyil.Məhz bunun üçün də, bütün variantları gözdən keçirmək, müzakirə etməkdə xeyir vardır.
Paralel.az