İrandan Türkiyəyə turist axını

İrandan Türkiyəyə turist axını
 

Paralel.az xəbər verir ki, İranlı turistlər Türkiyənin Van şəhərində otelləri doldurublar.

Pandemiyadan əvvəlki illərdə olduğu kimi, bu il də bir çox iranlı turist Yeni il gecəsini keçirmək və əylənmək üçün Van şəhərini seçir. Bu seçim sərhədə yaxın olduğu üçün edilir. Van şəhəri İran sərhədindən 1 saatdan az məsafədə yerləşir.

İranlı turistlər günlərdir ki, otelləri bron ediblər və Vandakı otellər artıq Yeni il gecəsi üçün tam dolub.
A. Nəsirli

0.029400110244751