Göz bəbəyinin ölçüsünü dəyişən göz damcıları...
Paralel.az xəbər verir ki, yaşla bağlı planetin hər bir sakini görmə problemləri yaşamağa başlayır. Amma səbəb təkcə orqanizmin təbii qocalmasında deyil, həm də kompüterdə işləmək, pis hava, müxtəlif xəstəliklərdir: “İllər keçdikcə gözlərimizin linzaları sərtləşir, buna görə də əzələlər yaxın obyektlərə diqqət yetirmək üçün daha çox səy göstərir.
Lakin həkimlər fərqli bir həll təklif ediblər: göz bəbəyinin ölçüsünü dəyişən göz damcıları.
Yeni dərman gündə bir dəfə gözə vurulur. Tərkibindəki aktiv tərkib hissəsi pilokarpin göz bəbəyinin ölçüsünü azaldır.
Testlər göstərib ki, yeni damcılardan istifadə edən insanlar zəif işıqda yaxşı görə bilirlər.
Bununla belə, damcıların yaradıcıları istifadəçilərə gecələr avtomobil sürməyi və zəif işıqda təhlükəli hərəkətlər etməyi tövsiyə etmirlər”.
Nigar