Brüssel görüşü barədə qeydlər

Brüssel görüşü barədə qeydlər
 

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə keçən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan heç nəyə nail olmadı.

Lakin həm NATO-nun baş katibi Y. Stoltenberq, həm Avropa İttifaqının prezidenti Ş. Mişel tərəfindən hörmətlə qarşılanan Azərbaycan prezidenti isə bu təmaslardan xeyli bəhrələndi. Bu görüş təsdiq etdi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesində Amerika NATO ilə bərabər addımlayır. Ona görə ABŞ bir çox hallarda Ermənistanın tərəfini tutsa da, Azərbaycan Amerika ilə münasibətləri normallaşdırmalı, Amerika ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən mübarizədə Qərbə üstünlük verməlidir.

Azərbaycan onu da nəzərə almalıdır ki, demokratiya  insan haqları Amerika üçün dəyər yox, dünya ağalığını sürdürmək üçün vasitədir. Əgər demokratiya insan haqları Amerika üçün dəyərli olsaydı, bəs, üçün dünyanın avtoritar monarxiya rejimləri ilə isti münasibət qurur, demokratiya insan haqlarını ayaq altına atan dövlət rəhbərlərini demokratiya sammitinə dəvət edir, Minsk Qrupunun üzvü kimi 30 il ərzində Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırmadığı halda, amma Azərbaycan öz torpaqlarını hərbi yolla Ermənistanın işğalından azad etdəndə, Azərbaycanın "işğal etdiyi" ərazilərdən çıxmasını tələb edir?!

Azərbaycan Ermənistan rəhbərlərinin görüşünü təşkil edən Avropa İttifaqı isə, hər iki ölkə arasında əlaqələri bərpa etməklə, Cənubi Qafqaza daxil olmağa regionda Rusiyanın hegemonluğuna son qoymağa cəhd edir. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında davam edən münaqişəni dayandırmaq istəyir. Çünki münaqişənin davam etməsi regionda Rusiyanın möhkəmlənməsinə xidmət edir, hər iki ölkəni Rusiyadan asılılığa məcbur edir. Rusiya isə bir tərəfdən dövlətlər arasında münaqişəni alovlandırır, digər tərəfdən özünü hər iki dövlətin xilaskarı kimi göstərir.

Avropa İttifaqı isə, Cənubi Qafqazda Gürcüstana Ermənistana mümkün olduqca fəal dəstək verir, çalışır ki, Azərbaycanı da Gürcüstan Ermənistanla eyni sıraya gətirsin. Əgər Azərbaycan da Avropa İttifaqı, NATO Amerikaya doğru addım atarsa, bu zaman Rusiyanın Cənubi Qafqazda fəaliyyət dairəsi daralmış olar.

Rusiyadan fərqli olaraq Avropa İttifaqı Azərbaycanla Ermənistan rəhbərlərinin öz aralarında ünsiyyət qurmasına çalışır. Azərbaycanla Ermənistan arasında normal münasibət qurularsa, ölkələr arasında mövcud münaqişə tezliklə ortadan qalxar   Rusiyanın vasitəçiliyinə heç bir ehtiyac qalmaz. Rusiya isə, Azərbaycanla Ermənistan arasında normal münasibət formalaşmasını münqişənin birdəfəlik həll olmasını istəmir. Rusiya yaxşı anlayır ki, tərəflər arasında normal münasibət yaranarsa, Cənubi Qafqaz Rusiyanın nəzarətindən çıxacaq ərazidəki üç dövlət Qərbə inteqrasiyaya can atacaq.

Bu isə Rusiyanın regionu itirməsilə nəticələnəcək.

Region dövlətlərinin hansı düşərgədə yerləşməsinə nəzər salsaq, Gürcüstanın birmənalı olaraq Qərbi seçdiyini, Ermənistanın Rusiyanın qucağında oturub Qərbə boylandığını, Azərbaycanın isə qardaş Türkiyə ilə yaxınlaşma kursu seçdiyini, amma hələlik Rusiyanın göstərişilə oturub-durmağa üstünlük verdiyi müşahidə olunur.

Azərbaycan Avropa İttifaqı ilə normal münasibət saxlamağa çalışsa da, hələ ona etibar etmir. Azərbaycanı -dən çəkindirən bir neçə problem mövcuddur. Cənubi Qafqazda, xüsusən Azərbaycanda təsiri güclənən Türkiyə ilə Avropa İttifaqının münasibətlərində soyuqluq var buna görə regionda Türkiyənin güclənməsini istəmir. Azərbaycan da Qərblə təması Türkiyə vasitəsilə qurmağa fokslanıb.

Bundan əlavə, Avropa İttifaqının mövqeyi ilə Azərbaycanın razılaşması mümkün deyil, çünki Qarabağa status istəyir.

Nəhayət, Avropa İttifaqı Ermənistana açıq-aşkar xüsusi etimad göstərir 2022-ci ildə Ermənistana 2,5 milyard avro yardım ayırıb.

Yəni Azərbaycan ərazi bütövlüyü problemini həll etmək üçün ən pislə (Rusiya) pis (Qərb) arasında qalıb, Qərbi yox, Rusiyanı seçib.

Bu seçim əbədi deyil, ona görə ki, Azərbaycan qardaş Türkiyə ilə bərabər olmaqla, bütün dünya ölkələrilə normal münasibət qurub, müstəqil siyasət həyata keçirməklə məşğuldur.

 Tapdıq ABBAS
Baş redaktor, “Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,Qarabağ müharibə veteranı

0.022005081176758