İran zindanındakı azadlıq mücahidi

İran zindanındakı azadlıq mücahidi
 

Bütöv Azərbaycan ocaqları (BAO), Abbas Lisaninin hüquqların müdafiə komitəsinin sədri: Abbas Lisanini yalnız Türklər azad edə bilər!!!

Hər Türk Abbas Lisaniyə dönməyi və onun azadlığı uğrunda mübarizəyə qalxmağı bacarmalıdır. Bu həm də onun tam azad olması və dünya irticasına öz yerini göstərməsi deməkdir.

 FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ

 Hörmətli redaksiya! “Paralel” qəzetinin 2 dekabr sayında Azərbaycanın yenilməz siyasi mübarizi 1997-ci ildən Oğuz Türklərinin, dünya Türklərinin mütərəqqi bəşəriyyətin, beynəlxalq demokratik təşkilatların milli fəal, vicdan məhbusu kimi qeydə aldığı, dəfələrlə milli hüquqlarını tələb etdiyinə görə İran İslam Respublikasının Konstitusiyasına əməl etməyən, sözüylə, əməli tərs mütənasib olan kəlpeysər, xaşalqarın, fars-“molla” rejimi tərəfindən həbs edilən, sonuncu dəfə 2019-cu ilin yanvar ayının 5-dən həbs edilərək Ərdəbil həbsxanasına salınan, bir qədər sonra da “molla” rejiminin məhkəməsi tərəfindən 15 il azadlıqdan məhrum edilən, iki il də ailəsi ilə birlikdə Oğuz Türklərinin az yaşadığı Ərdəbildən çox-çox uzaqda yerləşən Yəzdə sürgün edilən Abbas Lisaniyə həsr etdiyim: “Abbasım, Azadlıq Aşiqim Mənim!” poemamın son fəslini dərc etdiyinizə görə Sizə - “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasa və redaksiyanın bütün yaradıcı heyətinə öz dərin təşəkkürümü bildirirəm. Sözümə güc verib Oğuz Türklərinə ünvanladığınız “Azad et!” başlığınıza görə də Sizə çox sağ olun deyirəm! Bəs Abbas Lisanini necə azad edə bilərik? Bu çətin suala bütün istiqlalsevərlər birlikdə cavab verə bilər.

Hörmətli redaksiya! Miladi tarixinin 2021-ci ilinin son günlərini yaşayırıq. Üç 2 və bir 0 rəqəmindən ibarət olan 2022-ci ilin planetimizə və məmləkətimizə təşrif buyurmağına bir neçə gün qalıb. Hökmü-qadir Allahdan bu ilin planetimiz, məmləkətimiz, millətimiz və mütərəqqi bəşəriyyət üçün ən uğurlu illərdən biri olmasını arzulayıram!

Əziz məslək dostlarım! 2022-ci ilin fevral ayının 18-də fars-molla rejiminin həbs etməyə dadandığı və satın ala bilmədiyi yenilməz siyasi mübarizimiz Abbas Lisanin 55 yaşı tamam olur. Bu dövrü insan ömrünün kamilliyə ən yaxın, dövrüdür. Sözsüz ki, Abbas Lisaninin 55 illik ömrünün çox hissəsini millətimizin, istiqlalımızın, Azərbaycan ərazimizin bütövlüyünə və Oğuz Türklərinin öz qüdrətli dövlətini qurmasına həsr edilib. Onun 1997-ci ildən bu amal, amac, məslək, əqidə uğrunda mübarizə aparmasını bütün diktatorların, despotların mifinin göyə sovurmasını demokratiyaya ruh və can verən, azad fikrin nə demək olduğunu dərindən dərk edən demokatik təfəkkürlü insanların hamısı bilir. Deməli, Abbas bəyin 55 illik ömrünün 25 ili hədə-qorxular, təqiblər, sarsıntılar, sıxıntılar, ehtiyaclar və həbsxanalar küncündə keçməkdədir. O bu iztirabları, məşəqqətləri, həm də kompüter-internet əsrində öz sevimli ailəsi (ömür-gün yoldaşı Ruqiyyə xanımla, oğulları Atilla, Oqtayla) bacı-qardaşları, qohum-əqrəbaları və məslək dostlarıyla birlikdə çəkməkdədir. Əlbəttə, Abbas bəyin yenilməz siyasi mübariz kimi Güney Azərbaycanın da, Quzey Azərbaycanın da, Avropada, ABŞ-da, Türkiyədə və Şərq ölkələrində yaşayan, Oğuz (Oğuz sözü uzunboylu, yaraşıqlı mənasını verir) Türkləri və dünya türkləri arasında çoxlu tərəfdarları var. Amma təəssüflər olsun ki, əksəriyyəti bu istəklərini, yalnız sözlə ifadə etməklə kifayətlənirlər. Yəni sözdən əmələ keçib Abbas Lisanini fars molla rejiminin həbsxanasından azad etmək barədə fəaliyyət göstərmirlər. Bəs sayı 60-65 milyon olan Oğuz Türklərinin onun azadlığı uğrunda mübarizə apardığına görə dəfələrlə həbs edilən və həbsxanalarda olmazın məşəqqətlər çəkən, sağlamlığını itirən Abbas Lisanini biz Türklər niyə azadlığa çıxara bilmirik? Bunu izah etməyimiz üçün Azərbaycanın Çar Rusiyası tərəfindən iki yerə bölünməsindən sonra Oğuz Türklərinin acınacaqlı vəziyyətə düşməsinin səbəblərini onların kölə vəziyyətinə düşməsində axtarmalıyıq. Hadisələrə siyasi qiymət verməmişdən qabaq o dövrdə yaşayan iki şairin şeirlərindən gətirdiyim nümunələrə diqqət yetirək. Bu şeirlərdən biri “Hardasan ey əcəl, gəl, bu həyat öldürdü məni” – deyən Seyid Əbülqasım Nəbatidir, O, rusların, ingilislərin çalıb-çapdığı Vətənimizin əsl sahibləri Oğuz Türklərinin acınacaqlı vəziyyətini bir beytində belə ifadə etmişdir:

 

Bu çöl olmuşda mənim başıma çox iş gəldi:

Yay hələ girməmiş dedilər ki, qış gəldi.

 

İkinci şairsə Səttərxan hərəkatında Səttərxanla çiyin-çiyinə vuruşan, həm də onun azadlıq şairi olan, sonra onu təqib edən rusların və ingilislərin nökərləri olan hakim təbəqənin və ruhanilərin təqibindən qaçaraq Quzey Azərbaycanına pənah gətirən «Hambal» təxəllüsüylə yazıb yaradan Bayraməli Abbaszadədir. Bayraməli Abbaszadə bir şeirində həmin kəlpeysər ruhanilərin iç üzünü  belə açıb göstərib:

 

Ümmətə yüz min məsələ söylədiz,

Hansı müəmmaları kəşf eylədiz.

Kəşfi-kəramətlə yeri teylədiz,

Rişeyi-insanı əcəb peylədiz!

Xəlqə, görən indiyəcən neylədiz?

Ay başı qırxıqlar, uzun boğazlar?

 

Abbas Bayramlının ikinci şeiri “Parisdən Tehrana” şeiridir. O, bu şeirində Əhməd Şah Qacarın diliylə bir-biriylə hakimiyyət uğrunda didişən xanları belə məzəmmət edib:

 

İrzaxan sən məşədi, mən hacıyam,

Sən elin qamçısı, mən qırmacıyam.

Sən bir az çəp yüyürən,

Mən də bir az qıyqacıyam.

İkimiz bir ağacın meyvəsiyik,

Nədəndi sən şirinsən, mən acıyan.

 

Gəl bir az əyri otur, düz danışaq,

Şah sən ol, ya mən olum, varmı maraq?

Söz gedir taxt ilə tac üstə qoçaq,

Sən bu taxtın toxusan, mən acıyan.

İkimiz bir ağacın meyvəsiyik,

Nədəndi sən şirinsən, mən acıyan?

 

Bu şeirlərdən görünür ki, şairlər həm həqiqəti olduğu kimi deyirlər, həm də onlar gələcək intibahın müjdəçiləridir. Abbas Lisanini Oğuz Türklərinin necə azad etməsi barəsində şairlərimiz yetərincə şeirlər yazmışlar. Azərbaycan ərazisinin dördə üç hissəsindən çoxu Güney Azərbaycanında olduğundan ola bilər ki, belə şairlər ustad Şəhriyar başda olmaqla Güneydə daha çoxdurlar. Amma bunun fərqi yoxdur. Şeirindən nümunə gətirdiyim şairlər Güneydən də ola bilər, Quzeydən də.

Yenilməz siyasi mübarizimiz Güneydən də ola bilər, Quzeydən də. Tale elə gətirib ki, tariximizin indiki dövründə yenilməz siyasi mübarizimiz Güney Azərbaycanındandır. İndi onu bütün dünya Türkləri azadlığa çıxartmağı bacarmalıdırlar.

0.020989179611206