Uşaq qəlpə yarası aldı
Paralel.az xəbər verir ki, Lənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası alıb.
Belə ki, 2011-ci il təvəllüdlü Şəhriyar Babək oğlu Məhərrəmzadə həyətdə oynayarkən partlayış baş verib. Nəticədə o, ayaqlarından xəsarət alıb. İlkin məlumata görə, partlayış yeniyetmənin iriçaplı patronu (mərmini) balta ilə kəsdiyi an baş verib.
A. Nəsirli