Kefli taksi sürücüsü saxlanılıb

Kefli taksi sürücüsü saxlanılıb
 

Paralel az xəbər verir ki, Bakıda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Suraxanıda polisin keçirdiyi reyd zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Hövsan qəsəbə sakini Araz Səfərəliyev saxlanılıb. Onun idarə etdiyi “VAZ 21015” markalı avtomobil nəzarət-yoxlama məntəqəsinə aparılıb. Məlum olub ki o, patı qəbul edərək avtomobil idarə edib.

Araz Səfərəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Oxşar hadisə Bakı-Quba yolunda baş verib. Narkotik qəbul edib və avtomobil idarə edən paytaxt sakinləri cəzalandırılıb.
A. Nəsirli

0.013222932815552