İranda dərman çatışmır
Paralel.az xəbər verir ki, İranda son 20 ildə görünməmiş dərman çatışmazlığı yaşanır.
İranın rəsmi İSNA agentliyinə istinadən xəbər veririk ki, son günlər ölkədə xəstələr əllərində resept aptekləri gəzsələr də, dərman tapa bilmirlər.
Həm də çatışmazlıq tək xaricdən alınan dərmanlarda deyil, yerli istehsal olan dərmanlar da apteklərdə "yoxa çıxıb".
İSNA-ya açıqlamasında faktı İranın Dərman İstehsalçıları Birliyinin rəis müavini Əli Fatimi də təsdiqləyib.
Akif Nəsirli