"Azərbaycan prezidenti ilə dəmir yolunun işə salınması barədə razılığa gəldik"
Paralel.az xəbər verir ki, Nikol Paşinyan dünən Brüsseldə İlham Əliyevlə təkbətək görüşdən sonra Facebook səhifəsində nəticə barədə paylaşım edib:
"Azərbaycan prezidenti ilə dəmir yolunun işə salınması barədə razılığa gəldik. Dəmiryolu beynəlxalq tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq qarşılıqlı prinsiplər və qanunlar əsasında işləyəcək. Ermənistanın bu dəmiryolu vasitəsilə İran İslam Respublikasına və Rusiya Federasiyasına çıxışı olacaq. Həmçinin əlaqələri davam etdirməkdə razılığa gəldik".
A. Nəsirli