"Media haqqında" qanunla "xəbər oğurluğun" qarşısı alınacaq
Paralel.az xəbər verir ki, yeni qanunda media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub.
Beləliklə, yeni qanunda qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
A. Nəsirli