Gənc qızın intihar səbəbi açıqlandı

Gənc qızın intihar səbəbi açıqlandı
 

Paralel.az xəbər verir ki, Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

Belə ki, K.Bağırovaya bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olmasını indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün bunların gərginliyini yayaşayan K.B çıxış yolu kimi özünə qəsd edib.

Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".
A. Nəsirli

0.047059059143066