Məcburi peyvəndin əleyhinə olan  jurnalist koronavirusdan həyatını itirdi

Məcburi peyvəndin əleyhinə olan  jurnalist koronavirusdan həyatını itirdi
 

Paralel.az xəbər verir ki, Yunanıstanda məcburi peyvəndin əleyhinə olan tanınmış jurnalist Yorqos Traqas COVID-dən dünyasını dəyişib: “ Xəstəxana hesabatında deyilir ki, Traqas peyvənd olunmayıb. O, dekabrın 4-də ağır tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib,  sonra isə vəziyyəti ağır olduğu üçün reanimasiyaya aparılıb və çərşənbə axşamı ölüb.
Yunanıstanın ən məşhur jurnalistlərindən  olan Traqasın sözlərinə görə,  “məcburi peyvənd Yunanıstanda birbaşa şantaj və müxtəlif təhdid formaları ilə edildiyi üçün insan hüquqlarını və tibb elminin etikasını pozur”.
Jurnalist Yunanıstan baş nazirinin 100 avro cərimə təhlükəsi altında 60 yaşdan yuxarı insanlar üçün məcburi peyvənd tətbiq etmək qərarına istinad edərək, “Mən COVID-19 ilə tanqo rəqsi edirəm, cərimələrə istehza ilə gülürəm” deyib”.

Nigar

0.03448486328125