Erməni silahlı qüvvələri “polis qoşununa” çevrilir 

Erməni silahlı qüvvələri “polis qoşununa” çevrilir 
 
10 noyabr 2020-ci il üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır.
Stokholmdakı çıxışında Azərbaycan XİN naziri Ceyhun Bayramovun silahlı qüvvələrin hələ də çıxarılmamasını  səsləndirməsi və yaxın zamanlarda Azərbaycanın bu məsələ ilə əlaqədar diplomatik təzyiqlərini artıracağını hiss edən ermənilər hiyləgər varianta əl atıblar. 
Separatçı rejimin qondarma parlamentinin müdafiə və təhlükəsizlik komissiyası geniş funksiya və vəzifələrə malik polis qoşunlarının yaradılması haqqında layihəni plenar iclasa təqdim edib. Layihədə polis qoşunlarının “ölkənin müdafiəsində, xüsusi vacib obyektlərin qorunmasında və xüsusi yüklərin daşınmasında təhlükəsizliyi təmin etməsi” nəzərdə tutulur. 
Göründüyü kimi, faktiki olaraq məqsəd bu gün keçmiş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin bütün arsenalını və şəxsi heyətini polis qoşununa çevirib ərazidə saxlamaqdır. Bu, təhlükəli variantdır. Faktiki olaraq ad dəyişir, mahiyyət dəyişmir. Azərbaycan düşmənin bu hiyləgər gedişi barədə Rusiya dövlətini xəbərdar etməli və “polis qoşunu”adı altında silahlı qüvvələri öz aləmlərində” legitimləşdirməyə” mane olmalıdır. Əgər Rusiya sülhməramlıları bu işə mane olmasalar, deməli bu plan çox güman ki, onlarla razılaşdırılıb. 
Paralel.az

0.027559995651245