Yeni qanun layihəsi 

Yeni qanun layihəsi 
 

 

 

Gubad Ibadoglu yazır:

"Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi parlamentin komissiya iclasında  müzakirə edilib, dekabrın 14-də parlamentin plenar iclasında ilkin oxunuşda müzakirəsi gözlənilir.   Qanun layihəsini hazırkı redaksiyada qəbulu böyük risklər yaradır. belə ki,  layihə on-line media üzərində dövlət orqanlarının nəzarətinin təminatı üçün hüquqi əsaslar yaradır.  Qanun layihəsində  platforma və multipleks operatorlarının,  audiovizual media subyektlərinin,  sifarişli yayım xidməti provayderlərinin,   internet televiziyaların lisenziyalaşdırılması  nəzərdə tutulur.  Bütün bunlar online medianı nəzarətə götürməyə hesablanıb. Bu geriyə addımdır və medianın inkişafına qarşıdır.  Hesab edirəm ki, bu məsələyə jurnalistlər, bloqerlər, ictimai təşkilat və siyasi partiya rəhbərləri münasibət bildirməli, belə mürtəce qanunun qəbuluna qarşı çıxmaldıır. Biz, ADR Partiyası olaraq, parlamenti bu qanunun müzakirəsinin təxirə salmağa, beynəxlalq praktika  və sivil standartlar əsasında "Media haqqında" yeni qanun layihəsindəki  lisenziyalaşdırma və digər  mürtəce məsələlərinə təkrar baxmağa və layihəni təkmilləşdirməyə çağırırıq.

Paralel.az

0.01603889465332