Qanlı pullara söykənən miflər dağılacaq

Qanlı pullara söykənən miflər dağılacaq
 


İdris Abbasov yazır:

Milli maraqları hədəf alan qüvvələrə qarşı ağzına su alıb susan akademşəbəkənin elm və təhsilə ayrılan büdcəni viran qoyan, eyiblərini gizlətmək üçün  “elmi” məsləhətlər verən yepyekə simaları ağızlarından fontan fışqırdaraq özlərini bərk reklam edir, guya elmin, təhsilin təəssübünü çəkirlər. Halbuki dövlətin elmə ayırdığı milyonları son qəpiyinə qədər yeyib elmi də, təhsili də şikəst ediblər. İndi isə vəzifə səlahiyyətlərindən və oğurladıqları milyonlardan istifadə edərək dəstələr yaradıb öz mövqelərini möhkəmləndirmək üçün hər oyundan çıxırlar. Daha düşünmürlər ki, mələk donuna girsələr də, maskaları düşəcək, qanlı pullarla özləri haqqında yaratdıqları miflər dağılacaq...

Paralel.az

0.031138181686401