Vüsalə Mahiraızı APA-dan niyə getdi?

Vüsalə Mahiraızı APA-dan niyə getdi?
 

APA Media Holdinqində ciddi dəyişiklik baş verib.

"Rupor" xəbər verir ki, holdinqin idarə heyətinin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.

Nurşən Quliyevin yerinə - baş redaktor vəzifəsinə isə Fərid Mirzəyev gətirilib.

Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu göstərib.

P. S. Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu bildirsə də, cəmiyyətdə başqa səbəblərin olması barədə şayiələr dolaşır.

APA Media Holdinqini FHN rəhbəri Kamaləddin Heydərov tərəfindən maliyyələşdirdiyi hər kəsə bəllidir. Cəmiyyətdə yayılan şayiələrdən biri də, məhz Kamaləddin Heydərovla Vüsalə Mahirqızı arasında narazılığın dərinləşməsi deyilir.

Başqa bir şayiədə isə, Vüsalə Mahiqızının APA-nın baş direktorluqdan getməsinin səbəbi kimi Kamaləddin Heydərov tərəfindən maliyyələşdirilən "Teleqraf.com"un rəhbəri Aynur Camalqızı ilə aralarında davam edən intiriqa ilə bağlı olduğu bildirilir.

Haqqında cəmiyyətdə dolaşan şayiələrə münasibətini öyrənməyə çalışsaq da, Vüsalə xanımla əlaqə saxlamaq mümkün olmadı.

Züleyxa

 

0.028677940368652