Çin yeni sürətli təyyarə hazırlayır
Çin saatda 12.000 mil sürətlə uçan, bir saata Yer kürəsinin istənilən nöqtəsinə vara bilən hipersonik (hipersəsli) sərnişin təyyarəsi hazırlayır.
Hardasa raket sürətilə uçacaq təyyarə aviasiyada görülməmimş bir inqilab etmiş olacaq.
Hipersonikin prototipində fransız və ingilis dizaynlı Concorde qanadlarına bənzər, lakin ucları yuxarıya doğru yönəlmiş bir cüt delta qanadlar var. Onun mürəkkəb aerodinamik dizaynı təyyarəyə səs sürətindən beş dəfə artıq sürətlə hərəkət etməyə imkan verir.
Bu da Çinin 6000 mil/saat nüvə raketi mühərriki hazırladığı ortaya çıxdı. Sürətlə silahlanan Çin bu texnologiyalar sayəsində özünü hərbi qüdrətinə də güc qatacaq, rəqiblərinə görə böyük üstünlük əldə edəcəkdir…
Paralel.az