Həyasızlığa bir bax...

Həyasızlığa bir bax...
 

Çingiz Şahbazi yazır:

ABŞ prezidenti Baydenin təşkil etdiyi "Demokratiya zirvə toplantısı"na Azərbaycan dəvət almadı. Amma separatçı Ermənistan toplantıya dəvət aldı və iştirak etdi. Hətta erməni baş nazir, Ermənistan demokratiyasına xaricdən təhlükə var, mesajını da verməyi unutmadı.
Qonşu ölkənin suveren ərazisinə hərbi hücum təşkil edərək torpaqlarını işğal edəsən və o torpaqları 30 ilə yaxın müddətdə işğalda saxlayasan, heç bir beynəlxalq hüquq normalarına riayət etməyəsən, ABŞ-a ən ciddi siyasi və iqtisadi baxımdan rəqib sayılan Rusiyanın bu yöndə yardımından bütün dönəmlərdə istifadə edəsən, Rusiyanın yaxın müttəfiqi olasan, ABŞ tərəfindən demokratiya zirvə toplantısına da dəvət alasan?
Anlamaq olmur, Baydenin bu toplantıya dəvəti hansı meyarlara uyğun həyata keçirilib? Əslində toplantıya dəvət alanların siyahısını gözdən keçirərkən məlum olur ki, dəvət almış ölkələr heç də demokratiyaya sadiqliyi ilə və yaxud, digər kriteriyalar əsasında seçilməyib.
Amma toplantı dünya mediasında ciddi müzakirə olundu və tənqid edildi. Bütün bu söz-söhbətlərin, tənqidlərin fonunda toplantı baş tutdu və dünyanın ağlında çoxsaylı suallarla birlikdə, tarixə düşdü.
Bir daha ABŞ adına layiq olmayan, professionallıqdan uzaq, əksinə ABŞ adına və toplantı adına kölgə salındı.

Paralel.az

0.021113872528076