Qubad İbadoğlu yazır...

Qubad İbadoğlu yazır...
 

 

 

İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama  görə, bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər üzrə güzəştlər veriləcək, onların maliyyə resurslarına çıxış imkanlarının genişləndiriləcək, investisiyaları təşviq olunacaq və bu istiqamətdə zəruri dövlət dəstəyi  gücləndiriləcək. Çox yaxşı! Amma. 

Sizcə, rəqabət, şəffaflıq və hesabatlılıq olmayan halda bu güzəştlərdən və dövlət dəstəyindən kimlər  faydalanacaq? 

Bu sərəncam da o biriləri kimi hakim ailənin və onun ortaqlarının nəzarətində olan  inhisarçı  və oliqopolçu şirkətlərin mənfəətlərinin  artımına  və onların sahiblərinin varlanmasına,  son nəticədə də büdcənin talanmasına gətirib çıxarmayacaqmı? 

Nə qədər ki, işğaldan azad edilmiş ərazilərə azad sahibkarların girişinə baryerlər vardır, nə qədər ki, ordakı dövlət sifarişləri açıq və rəqabətli tenderlər vasitəsilə bölüşdürülmür,  bir o qədər də bazarlarda  hökmran mövqeyə malik olan Paşa Holdinq və Azərsun kimi şirkətlər, Agrodairy kimi aqroparklar, Bravo kimi supermarketlər və onların sahibləri varlanacaq və ölkədə də milli iqtisadiyyat deyil, ailə iqtisadiyyatı inkişaf edəcək.  Bu isə dayanlıqlı  və rəqabətədavamlı ola bilməz.

Paralel.az

0.013159036636353