5 erməni hərbçi saxlanılıb

5 erməni hərbçi saxlanılıb
 

 

 

Paralel.az erməni KİV - nə istinadən xəbər verir ki, Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıb.

Xəbəri Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. 

 

Şahnaz, Paralel.az

0.044334173202515