Belə-belə işlər...
Paralel.az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi – “Chatham House”un araşdırması nəticəsində məlum olub ki, Londonda "AtaHolding”in rəhbəri olan Əşrəf Kamilovun adına 11 mənzil, Cahangir Hacıyevin adına 2 mənzil, Ziya Məmmədovun adına 1 mənzil, ümumilikdə 27 malikanə mövcuddur.
Məlumatda qeyd olunub ki, Əşrəf Kamilov çoxdankı ən yaxın biznes tərəfdaşı olduğundan, onların şirkətlərini idarə edir. Araşdırmada dəqiq ünvanları ilə qeyd edilən bu mənzillərin ümumi dəyəri yarım milyard dollardan çox olduğu qeyd olunub. Və bütün bu pullar minimum əməkhaqqının 250 manat olduğu Azərbaycandan, siyasi elita tərəfindən çıxarılıb.
Hətəmxan Məmmədli, Paralel.az