Bakılı dələduz Naftalanda saxlandı

Bakılı dələduz Naftalanda saxlandı
 

Paralel.az xəbər verir ki, Naftalanda dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Naftalan sakini Polis Şöbəsinə müraciət edərək bildirib ki, Nicat adlı şəxs banklardan kredit götürməsinə köməklik edəcəyini vəd edərək dələduzluq yolu ilə ondan 455 manat pul alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynli saxlanılıb. O, dələduzluq etdiyini etiraf edib.

Nicat Hüseynlinin əməlinin digər vətəndaşlara da təsiri etdiyi ehtimal olunur. Bu halda vətəndaşlar Daxili İşlər Nazirliyinin “102” Qaynar Xəttinə, Naftalan Baş Daxili İşlər İdarəsinə və ya yerli idarə, şöbə və ya polis bölmələrinə müraciət edə bilərlər.
A. Nəsirli

0.031337022781372