Koronavirusun "yaradıcısı" danışdı
Viruslar heç zaman yox olmurlar
Artıq iki ilə yaxın bir zaman müddətidir ki, bütün dünyanın qulağı səsdə, gözü telekanallarda, sosial şəbəkələrdədir ki, koronavirus pandemiyası nə vaxt sona çatacaq? Amma bu da çox maraqlı məsələdir ki, bu barədə heç kim doğru-dürüst danışmır. Bu səbəbdən də, insanlar hər zaman şübhə içindədirlər ki, görəsən, bu bəlanın sonu nə vaxt çatacaq? Bu şübhələri şərtləndirən məsələlərdən biri də odur ki, hələ indiyə qədər heç kim rəsmi açıqlamayıb ki, bu virus süni şəkildə yaradılıb, yoxsa təbii proseslərin nəticəsidir. Məhz bu səbəbdən də, şübhələr hər zaman hələ 2015-ci ildə dünyanın yolxucu pandemiyalara qarşı mübarizəyə hazır olmadığını bəyan edən, tanınmış milyarder və iş adamı Bill Geytsə yönəlir. Beş il əvvəl bu badədə danışın Bill Geyts bu gün də, öz açıqlamaları ilə diqqət çəkir və açıq etiraf etmək lazımdır ki, şübhələr hələ də onun üzərində qalmaqdadır.
Bir çoxları belə hesab edirlər ki, məhz Bill Geyts kompüter texnologiyalarının imkanlarından istifadə edərək, bu virusu yaradıb. Daha sonra iddia olundu ki, COVİD-19 virusu, onun ilk aşkarlandığı Çinnin Vuhan əyalətində fəaliyyət göstərən gizli laboratoriyaların birində hazırlanıb. Bu layihənin əsas sifarişçisi isə Amerika Birləşmiş Ştatlarıdır.
Artıq iki ilə yaxındır ki, bu söz-söhbətlər bitib-tükənmir. Ümumdünya Səhiyyə Təş-kilatı (ÜST) isə bu məsələ ilə bağlı əsaslı bir açıqlama ortaya qoymayıb. Hər dəfə virusun yeni bir ştammı ortaya çıxanda ÜST, yalnız belə bir bəyanatla çıxış edir ki, yeganə çıxış yolu əhalinin peyvənd olunmasıdır. Eyni zamanda bildirir ki, peyvəndin böyük hissəsi inkişaf etmiş, imkanlı ölkələrdə olduğundan, virus Afrika ölkələrində daha çox yayılır və oradan da dünyanın başqa yerlərinə keçə bilir.
Maraqlıdır ki, Çin və Yaponiya nədənsə bu müzakirələrdə iştirak etmir. Dünya mediasında yayılan məlumatlara görə, bu ölkələrdə virus artıq pandemiya halından çıxıb və insanlar tam sərbəst şəkildə öz yaşamlarını davam etdirirlər. Ən çox ajiotaj doğuran məlumatları isə nədənsə, Amerika və Avropa alimləri yayırlar. Bu da, belə bir təəssurat yaradır ki, Amerika və Avropa pandemiyanın bitməsində maraqlı deyil.
İki il davam edən bu yoluxmalara baxmayaraq, virusun "yaradıcısı" Bill Geyts bir müddət əvvəl bəyan edib ki, koronavirusa yoluxma halları, gələn ilin ortalarından pandemiya vəziyyətindən çıxacaq. Başqa bir Amerika alimi isə bəyan edir ki, pandemiya hələ 5-6 il davam edə bilər. O, bunu belə əsaslandırır ki, virusun yeni mutasiyalarının yaranması davam etdiyindən, buna qarşı vaksin və perparatların hazırlanması mümkün deyil. Yəni bizim bugün qəbul etdiyimiz peyvəndlərin həmin mutasiyalara qarşı dayanıqlığı yetərincə olmaya bilər.
Hazırda dünyanın 30-dan çox ölkəsində müşahidə olunan Delta ştammının Omikron variantının yoluxma gücü çox yüksək olduğundan geniş müzakirə mövzusuna çevrilib. Bəziləri hesab edir ki, Omikron variantına qarşı heç bir vaksin dayanıqlı hesab olunmur. Bununla belə, peyvəndlənmə prosesi davam etdirilməlidir.
Rusiya alimləri isə hesab edirlər ki, Omikron heç də söylənildiyi qədər təhlükəli deyil. Onların fikrincə, omikron sürətlə yayılmaqla az bir zamanda çox sayda insanı yoluxdurmaq gücündə olsa da, ölümcül təsirə malik deyil. Yəni sürətlə yayılır, amma ölüm və ağır fəsadlara səbəb olmur. Məhz bu səbəbdən də, rusiyalı alim-virusoloq Andrey Altşteyn hesab edir ki, məhz Omikron Rusiyada pandemiyaya son qoya bilər. Bütün bunları nəzərə aldıqda belə bir nəticə hasil olur ki, həqiqətən də, virusun"yaradıcısı" haqlıdır. Koronavirus pandemiyasının ən ağır dövrü, artıq arxada qalıb. Bu gün insanlar sadəcə olaraq müəyyən qaydalara əməl etməklə bu virusla birgə yaşamağı öyrənməlidirlər. Yəni korona, heç də adi qrip saydığımız virusdan güclü deyil. Onu müalicə etməyi öyrənmək, depressiyaya və stressə düşməmək lazımdır. Birdəfəlik razılaşmalıyıq ki, korona pandemiyası bitəcək, amma virus bizimlə qalacaq. Bir müddət sonra insanlar onun haqqında da adi qrip kimi danışacaqlar.
Amma bir şeyi də yaddan çıxarmayaq ki, koronavirusun yaradıcısı kimi təqdim olunan Bill Geyts haqlıdır. Koronavirus pandemiyasının iki il davam etməsi də bunu təsdiq etdi ki, bəşəriyyət istər süni, istər təbii kataklizmalara və pandemiyalara hazır deyil.
Yusif Seyid