Azərbaycanda təhsil müddəti uzadıla bilər

Azərbaycanda təhsil müddəti uzadıla bilər
 

Paralel.az xəbər verir ki, Təhsil naziri Əmin Əmirullayev təhsil müddətinin uzadılması barədə danışarkən aşağıdakıları söyləyib:

"İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Bunları bir gün ərzində həll etmək olmur, bunlar uzunmüddətli dəyişimdir. Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".
Akif Nəsirli

0.078577995300293