Bayden ilə Putinin görüşünün nəticələri
1) ABŞ-ın mövqeyi
- Bayden Putinlə danışıqdan öncə Almaniya, Fransa, İtaliya, İngiltərə liderləri ilə məsləhətləşdi, bu yolla Rusiyaya təzyiqi artırdı;
- ABŞ rəsmiləri danışıqdan sonra da Almaniya, Fransa, İtaliya, İngiltərə liderlərini məlumatlandırdılar, Ruiyanı basqı altında tutdular;
- ABŞ deyir ki, Rusiya Ukraynanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət etməlidir;
- Rusiya Ukrayna sərhədinə yığdığı qoşunları geri çəkməlidir;
- Rusiya Ukraynanı işğal hərəkatına girişməməlidir;
- Rusiya bu addımı atsa, ABŞ və Avropanın ağır iqtisadi qadağaları ilə üzləşəcək;
- Rusiya enerji nəqlini siyasi təzyiq vasitəsinə çevirməməlidir;
- Krım Ukrayna torpağıdır;
- Rusiya Donbasdakı qüvvələri dəstəkləməməli, Ukraynanın daxili işlərinə qarışmamalıdır;
- ABŞ Ukrayna ilə gündəlik təmas halındadır;
- Bayden Zelenskiyə görüşün nəticələri haqqında məlumat verəcək;
- ABŞ, Avropa, ehtiyac olsa, NATO Ukrayna məsələsində birgə hərəkət edəcəklər;
- öz yolunu seçmək Ukraynanın suveren hüququdur;
- ABŞ Rusiyanın təsir məkanı anlayışını qəbul etmir;
2) Rusiyanın mövqeyi
- Rusiya Ukraynada NATO ilə qonşu olmaq istəmir;
- Rusiya Ukraynanı öz təsir məkanı hesab edir;
- ABŞ-a deyir ki, Ukraynanı NATO-ya daxil etmək planından əl çək;
- Ukraynanı silahlandırma;
- Ukraynanın NATO-ya daxil olması Rusiyanın qırmızı xəttidir;
- Krım Rusiya torpağıdır, ABŞ və Avropa bununla barışmalıdır;
- Rusiya münaqişənin tərəfi deyil, münaqişənin tərəfləri Ukrayna və Donbasdır;
- Ukrayna Minsk anlaşmasını yerinə yetirmir;
- ABŞ və Avropa Ukraynanı NATO-ya daxil etmək planından əl çəksələr, məsələ həll olunar;
- ABŞ Rusiyanı əhatə etmək planından imtina etməlidir;
- Rusiya Ukraynanın NATO-ya daxil olmaq planı ilə əsla barımayacaq;
3) Nəticə
- tərəflər əsas məsələdə razılaşmadılar;
- ABŞ Ukraynanın NATO-ya üzv olması məsələsində israr edir, Rusiya isə şiddətlə bu plana qarşı çıxır;
- ABŞ və Rusiya razılaşdılar ki, danışıqlar davam etsin;
- birgə komissiya yaradılsın, vəziyyət diqqətlə izlənilsin, tərəflər bir-birini məlumatlandırsın;
- məsələnin diplomatik yolla həlli imkanları artırılsın;
- hansı tərəf risk edər desəniz, Rusiya deyərəm. Belə ki, Ukrayna problemi Rusiya üçün həlledici məsələdir;
- Ukrayna əsla Rusiya ilə savaşa girməməlidir, ABŞ və Avropaya deməlidir ki, səmimi isəniz, Ukraynanı NATO-ya qəbul edin;
Paralel.az