Yeni ildə 5 qeyri-is günü olacaq
Paralel.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni il” bayramı dekabrın 31-i, yanvarın 1-i və 2-sidir.
Bayramın son 2 günü həftənin şənbə və bazar gününə təsadüf etdiyi üçün yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur.
Beləliklə, “Yeni il” bayramında 5 gün ardıcıl qeyri-iş günü olması gözlənilir.
A. Nəsirli