Günün adi epizodu...

Günün adi epizodu...
 

Çingiz Şahbazi yazır:
Qubaya getmişdim. Maşını saxlamağa qoymurlar. Hər yer polis. Parkovka nişanı var, amma saxlamağa polislər icazə vermir. Soruşuruq nə məsələdir? Nöqtə və vergülünə kimi hamısı eyni cavabı verir. Hörmətli cənab prezident Qubaya gəlir. Deyirəm ona görə hərəni bir yerə qovurlar? Hər halda sizə prezidentin gəlişi ilə bağlı intizam işlərinə nəzarət etməyi, işlərini bitirən vətəndaşların şəhərdən çıxmasına köməklik göstərməyi əmr ediblər.

Siz isə burda çaşqınlıq yaradaraq, vəziyyəti daha da ciddi şəkildə korlayırsınız. Nəticə nə olur olsun fərq etmir. Təki hamı bizi “işgüzar” kimi görsün, şüarı altında.

 Bu günün adi bir epizodu. Ana iki yaşında usağı ilə inzibati binanın qarşısında evə qayıtmaq üçün gözləyir, maşınlarıda ki, şəhərin o biri başına qovulub, gəlməyə də qoymurlar. Usaq da durmadan ağlayır. Bunun adı “küçə və yollarda intizam işlərinin aparılmasıdır”.

Paralel.az

0.016858100891113