Soçi və Brüssel görüşləri arasında hansı bağlılıqlar var

Soçi və Brüssel görüşləri arasında hansı bağlılıqlar var
 

Məlum olduğu kimi, Azərbaycan Ermənistan prezidentlərinin Soçi görüşü, hələ bu ilin oktyabır ayında Rusiya tərəfindən gündəmə gətrilmişdi. Hətta görüşün tarixi Moskva tərəfindən təyin edilmişdi - 9 noyabır 2021-ci il, 44 günlük müharibənin ildönümü günü dövlət başçılarının üçtərəfli görüşü olmalı idi. Lakin Ermənistan prezidenti bu görüşü pozdu. O, belə bir bəhanə uydurdu ki, məğlub olduğumuz müharibənin ildönümü günü belə bir görüşün keçirilməsi erməni müxalifətinin əlinə "kozır" vermək olardı. Nikol bu görüşü sıradan çıxarandan sonra Avropa ilə ciddi danışıqlar apardı üçtərəfl Soçi görüşü əvəzinə ikitərəfli Brüssel görüşünün keçirilməsinə razılaşdı. Şarl Mişelin Azərbaycan prezidentindən görüşə razılığının alınmasından sonra Moskva hərəkətə keçdi Soçi görüşünü Brüssel görüşündən əvvələ salınmasında israr etdi. V.Putinin israrları fayda verdi Soçi görüşü 26 noyabır tarixində reallaşdı. Amma görüşün ictimaiyyətə açıq tərəflərində heç bir ciddi irəliləyişə nail olunması faktı nəzərə çarpmadı. Qəbul edilmiş sənəddə isə Putin "Dağlıq Qarabağ" ifadəsini işlədərək yenə ermənilərin başına sığal çəkdi. Doğrudan da, media üçün açıq olan sənədlərdən belə görünür ki, Moskva bu görüşü ermənilərin könlünü almaq üçün təşkil edibmiş. Gəlin görək, mütəxəssislər düşünür, Soçi görüşünün məqsədi idi, onun 15 dekabr Brüssel görüşü ilə əlaqəsi varmı?

Məsələ ilə bağlı politoloq Əli Orucov bizimlə söhbət zamanı bildirdi ki, bu görüşün keçirilməsi planlaşdırılırdı, amma onun 9 noyabırda keçirilməsi rəsmi təsdiqini tapmamışdı: "Sadəsə olaraq erməni rus mediası bu barədə yazırdı. 15 dekabrda keçiriləcək Bürssel görüşündən əvvəl Rusiyanın məsələyə müdaxiləsinin mesajları əsasən Avropa İttifaqına ünvanlanıb ki, Qafqazda oyunu Rusiya qurur oyunun nizamlanmasına da, məhz o rəhbərlik edir. Putin bunu göstərməyə çalışırdı ki, kənar qüvvələrin, xüsusən Avropa İttifaqının regiona buraxılmasına imkan verməyəcək.

İkincisi isə, əslində özü Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında o qədər əhəmiyyətli rol oynaya bilmədi. Bu qrumun üzvü olan Fransa işğalçı Ermənistanı birtərəfli qaydada dəstəkləyib dəstəkləməkdə davam edir. Bu baxımdan -nin regonda münasibətlərin nizamlanmasına kommunikasiyaların açılmasına töhfə verə biləcəyinə inanmıram. Bu regionda söz sahibi Rusiya Türkiyədir. Hətta, İran da burada təsir imkanlarını genişləndirməyə can atdı, amma alınmadı İran proseslərdən kənarda saxlanıldı. İran özü anladı ki, proseslərin bu cür inkişafı onun özünə yaxşı heç vəd etmir. Hazırki geosiyasi düzəndə Cənubi Qafqaz Rusiya-Türkiyə tandeminin nüfuz dairəsindədir, amma Rusiyanın təsirləri daha güclüdür. Putin bir daha dünyaya bu mesajı vermək istəyirdi ki, bu regionda hakimi-mütləq mənəm. O ki qaldı sənədin qəbuluna, bu bir bəyanat idi digər sənədlərə nəzər salsaq, orada da "Dağdıq Qarabağ" ifadəsi işlədilib. 10 noyabır bəyanatında belə, dəfələrlə "Dağlıq Qarabağ" ifadəsi işlədilib. Bu görüşdə Azərbaycan üçün məqbul sayılacaq məqamlar var, ancaq bütövlükdə bu görüşün baş tutması Rusiyanın uduşudur.

 Akif Nəsirli

 

0.046194076538086