Yollar

Yollar
 

 

 

(Yol düşüncələri…)

Qalib Arif

Bakıdan şimala yollanır yollar… Elə bil ki, Yerdən göylərə uzanır yollar… Gah düşür, gah qalxır, gah da qaralır yollar… Yollar ayrıcında bizim Şamaxı - Azərbaycanın dünəni, sabahı…

Göz oxşayır Ağsu dolamaları, güllər, çiçəklər valeh edir adamı… Yam-yaşıldır İsmayıllı yolları – bax, Gülüstani-İrəmi tanı. Tarixlərdən boylanır, bizə baxır meşələr içindən qədim Qəbələ. “Çuxur”u var, kəndi, şəhəri var – Cavanşir dövründən bizə yadigar…

Dayanıb dağların döşündə Şəki, Qalalıdır, Marxallıdır dağ təki. Burda bir dayanmasaq, Şəki pitisindən dadmasaq, halvasından almasaq, yollar nəyə lazımdır, səyahət nəyə lazım?! 

Hələ bu harasıdır - Şəkinin qoynuna sığınıb Oğuz diyarı, tarixi, dəyəri, gözəlliyi sonsuz diyarı…

Şəkidən keçir, Əyridən su içir… Deyirlər burda yolların da, adamların da əyriliyi bitir… Yaşıl tunellərə girir, “su sonası”na çevrilir, adamın qəlbini titrədir yollar... Bu da bizim dağlar, bizim qaxlılar - qonaq qarşılamağa hazır onlar... Dünyada burdan gözəl yer var?!

Paralel.az

0.032535076141357